Cüdo millimizdən daha 3 mükafat

Avropa oyunlarında cüdoçular çıxışlarını başa vurdular. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə millimiz daha medal 2 qazanıb. Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) 3-cü yer uğurunda mübarizədə fürsəti qaçırmadılar.

İrina Kindzerskaya da (+78 kq) bürünc medal qazandı. Amma
yarınfinalda yerli idmançı ilə görüşdə hakimlər onu sıxmasaydılar, qazandığı əyar daha yüksək ola bilərdi. İdmançımız görüşdə aşkar üstün idi.

Qeyd edək ki, bu il cüdo və boks növlərində Avropa çempionatı keçirilmədiyindən və bu yarış qitə oyunlarına yönləndirildiyindən fəxri kürsüyə çıxanlara 2 medal verilir.

Həmin kateqoriyadan