Cüdo millmimiz dünya çempionatına dövrünün ən güclü heyəti ilə yollanır

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimiz bu mötəbər yarışda geniş heyətlə təmsil olunacaq.

Dunaq sahilinə baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) yollanacaqlar.,

Qadınlarda ölkəmizi baş məşqçi Elçin İsmayılovun rəhbərliyi ilə Leyla Əliyeva, Erdenabat Bazarraqça (hər iksi – 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.

Dünya çempionatınsa 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan