Cüdo üzrə aşağı yaş qrupda Aran birinciliyi başlayıb

Cüdo federasiyası regionlarda yarışlar keçirir. Allsport.az saytı xəbər verir ki, növbəti zona birinciliyi Bərdədə təşkil olunub. Aran bölgəsi sınağında 109 cüdoçu medallar uğrunda mübarizə aparırlar.

2000-2002-ci illər təvəllüdlü cüdoçular arasında 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində, 2003-2005-cü illər təvəllüdlü cüdoçuların mübarizəsində isə 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində qaliblərin adlarına bu gün aydınlıq gələcək.

Qeyd edək ki, Aran birinciliyndə 9 rayonun – Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Laçın (Taxta körpü), Ucar, Yevlax və Zərdabın cüdo məktəblərinin yetirmələri qüvvələrini sınayırlar.

Həmin kateqoriyadan