Cüdo üzrə Avropa çempionatı Bakıda keçirilə bilər

Avropa Cüdo İttifaqı birinci Avropa Oyunları çərçivəsində Qlazqo şəhərində keçirilməli olan Avropa çempionatını Bakıda təşkil etmək imkanını nəzərdən keçirir. Allsport.az xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soloveyçik bildirib. O, əlavə edib ki, qərar 10 gün ərzində qəbul olunacaq.

Qlazqo Rio-de-Janeyro olimpiadasına lisenziya verən Avropa çempionatının keçirilməsi hüququndam məhrum edilib, səbəb Britaniya Cüdo Assosiasiyasının müqavilə öhdəliklərini yerinə yetirməməsi olub.

S.Soloveyçik bildirib: “Britaniya tərəfi müqavilənin bir sıra şərtlərini pozduğuna Avropa Cüdo İttifaqının direktoratı yekdilliklə müqaviləyə xitam verməyi və Qlazqoda yarışların keçirilməsini ləğv etməyi qərara aldı. Bizə dərhal Fransa, Niderland, Türkiyə, Finlandiya federasiyalarından təkliflər daxil oldu. Biz eləcə də turniri Bakıda baş tutacaq ilk Avropa Oyunlarında təşkil etmək imkanını nəzərdən keçiririk”.

Həmin kateqoriyadan