Cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı – worldjudo2018.com istifadəyə verilib. Allsport.az xəbər verir ki, portal Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Orada Ana səhifə, rəsmi, xəbərlər, təqvim və nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifariş etmələri üçün də müvafiq bölmə mövcuddur.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, gənclər və idman naziri Azad Rəhimov, Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüsyenzadənin salamlama nitqləri də saytda yer alıb.
Xatırladaq ki, dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Həmin kateqoriyadan