Cüdo yığmamızın ehtiyat qüvvəsi açıq Avropa çempionatında da özünü doğrultdu

Serbiyanın paytaxtı Belqradda cüdoçuların açıq Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda ehtiyat qüvvə ilə çıxış edən millimiz növbəti gündə daha 2 medal qazanıb.

Ən ağır çəkili təmsilçimiz Cəlil Şükürov (+100 kq) gümüş, Fəqan Quluzadə (81 kq) bürünc mükafata yiyələnib. Beləliklə, komandamız Balkan səfərindən gümüş, 4 bürünc medalla qayıdıb.

Həmin kateqoriyadan