Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında olub

Avqustun 25-də Tokioda cüdo üzrə dünya çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, səfərə hazırlığı davam etdirən millimiz Macarıstanda beynəlxalq təlim-məşq toplantısında olub.

Orada ev sahibləri ilə yanaşı, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıblar.

Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlarımız iştirak ediblər.

Həmin kateqoriyadan