Cüdoçularımız beynəlxalq turnirdə uğur qazanıblar

Türkiyənin Adana şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, beynəlxalq turnir 8-16 yaş qrupları üzrə təşkil olunub.

Yarışda Bakı şəhər 11 nömrəli Uşaq–Gənclər İdman Məktəbinin yeddi idmançısı iştirak edib. Turnirdə Türkiyə, Gürcüstan, Özbəkistan və Azərbaycanı təmsil edən idmançılar 12 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

İdmançılarımızdan Rəhim Bayramlı 50 kiloqram, Orxan Abdullayev 66 kiloqram çəki üzrə birinci, Əli Bayramlı 66 kiloqram, Orxan Məcidli 55 kiloqram çəki dərəcəsi üzrə ikinci, Sübhi Süleymanlı isə 38 kiloqram çəki dərəcəsi üzrə üçüncü yerə layiq görülüblər.

Həmin kateqoriyadan