Cüdoçularımız qitə kubokundan sonra Orenburqda təlim-məşqə qatılıb

Orenburqda keçirilən Avropa kubokuna qatılan cüdo millimiz yarışdan sonra Vətənə dönməyə tələsməyib.

Allsport.az saytının məlumatına görə, Rusiyaya məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə 13 nəfərlə, əsasən 2-ci heyətlə yollanan yığmamız təlim-məşq toplanışında qalıb.

Xatırladaq ki, yarışda Murad Fətiyev (81 kq) bütün rəqiblərinə qalib gəlib. 66-kq-da Nurlan Osmanov, İlkin Babazadə 5-ci, İbrahim Əliyev, Orxan Hacıağalı 7-ci yer tutublar.

Həmin kateqoriyadan