Cüdoçuların Azərbaycan birinciliyi başa çatıb

“Sərhədçi” Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sonuncu gündə oğlanlar arasında 6 çəkidə qaliblər blinib:

Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq).

Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıblar.

Həmin kateqoriyadan