Cüdoçuların Bakı çempionatında kimlər qalib olub?

“Sərhədçi” Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, kişilərdə Balabəy Ağayev (60kq), İman Sultanov (66 kq) Kərim Abdullayev (73 kq), İsmayıl Priyev (81 kq), Qurban Qurbanov (90 kq), Cəfər Əkbərli (100 kq) və Camal Feyziyev (+100 kq) qalib olublar.

Qadınlarda Şəfəq Həmidova (48 kq), Şəfəq Məmmədova (52 kq), Buyankşinq Purevsuren (57 kq), Ülviyə Rəhimli (63 kq), Günel Həsənli (70 kq) və Şəms Hacıyeva (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar. Bu mübarizədə 24 klubdan 219 kişi və 23 qadın cüdoçu çıxış edib.

Həmin kateqoriyadan