Cüdoçuların U-15 ölkə birinciliyi sona yetib

“Sərhədçi” olimpiya idman mərkəzində 15 yaşadək yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsi ilə cüdo federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçılarına medal və diplomlar təqdim olunub.

Ümumi hesabda daha çox medal qazanan 13 saylı UGİM 1-ci yeri tutub. “Neftçi” 2-ci, 8 saylı UGİM-n komandaları 3-cü olublar. 3 gün davam edən ölkə birinciliyində 61 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparıb.

Həmin kateqoriyadan