Çüdoçumuz Vüsalə Kərimova Avropa birinliyinin qalibi olub, oğlanlarda 3 gümüş və 1 bürünc

Litvanın Kaunas şəhərində yeniyetmə cüdoçuların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, startda millimiz 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

40 kq-da Vüsalə Kərimova bütün rəqiblərinə qalib gəlib. Oğlanlarda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzublar. Davud Abbaslı (60 kq) bürünc mükafata sahibləni.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Həmin kateqoriyadan