Cumhuriyyət əleyhdarları geri çəkildi – ölkə kubokunun finalı 28 mayda olacaq!

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı “ay-ulduzlular”ımızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib.

Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, ölkə kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək – 2017/2018-ci illər mövsümünün həlledizi görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 may Respublika günündə baş tutacaq.

Millimizin mart toplanışı və 11 aprel prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə yaxın günlərdə məlumat veriləcək.

Xatırladaq ki, PFL-in  baş direktoru Məlik Həsənov report.az-a açıqlamasında aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında “sürüşmə” baş verəcəyondən, final matçı Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may – Respublika günündə gerçəkləşməyəcəkdi.

Həmin kateqoriyadan