«Dəmiryolçular» 1/8 finala adladı

Bu gün qadın voleybolçulardan ibarət «Lokomotiv» klubu CEV kubokunun 1/16 finalda cavab matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, «dəmiryolçular» paytaxtda Almaniya «Rote Raben» komandasını qonaq ediblər.

Teon Buijsin komandası ilk oyunda rəqibini səfərdə 3:0 məğlub etdiyindən, əvəz görüşünə rahat çıxıb. Saat 18:00-da Voleybol Mərkəzində baş tutmuş revanş matçında da «Lokomotiv» üstün oynayıb və növbəti mərhələyə adlayıb – 3:1 (25:22; 25:23; 22:25; 25:17).

Həmin kateqoriyadan