Dəniz Yılmaz fərqlənmədi, “yaşıl timsahlar” heç-heçə etdi

Türkiyə super liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın komandası doğma meydanda “Ağhasar”la üz-üzə gəlib.

“Bursaspor” bu matçdan heç-heçə ilə ayrılıb (0:0). Hücumçusumuz görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə alıb.

“Yaşıl timsahlar” hazırda 21 xalla 18 klub arasında 3-cü yerdədir.

Həmin kateqoriyadan