Dəniz Yılmazın komandası səfərdə “Sivasspor”a yenilib

Türkiyə superliqasında 31-ci turunda millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi” səfərdə “Sivasspor”la üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, qonaqlar bu oyunda 0:1 uduzublar.

Futbolçumuz görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat skamyasından izləyib. Ankara klubu 30 xalla 17-ci pillədədir.

Həmin kateqoriyadan