Dəniz Yılmazın qolu “yaşıl timsahlar”a yetməyib

Türkiyə superliqasının 25-ci turunda Dəniz Yılmazlı “Bursaspor” doğma meydanda “Alanyaspor”la üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, ev sahibləri bu oyunda yeniliblər – 1:3. Millimizin hücumçusu sonadək mübarizə aparıb.

Komandasının yeganə qolunu o vurub, 45+3-cü dəqiqədə 11-metrlik cərimə zərbəsində dəqiq olub. “Yaşıl timsahlar” 32 xalla 18 klub arasında 11-ci pillədədir.

Həmin kateqoriyadan