Dəniz Yılmazlı “yaşıl timsahlar” səfərdə “aslanlar”a yenildi

Türkiyə Super liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” səfərdə son turlar yaxşı uğursuz zolağa düşən “Qalatasaray”la üz-üzə gəlib.

Gərgin mübarizədə hesabı futbolçumuzun komandası açsa da, sonradan təşəbbüsü rəqibə verərək yekunda məğlub olub (1:3). Dəniz Yılmaz bu görüşdə 90 dəqiqə meydanda olub, amma “yaşıl timsahlar”a kömək edə bilməyib. “Bursaspor” hazırda 21 xalla 18 klub arasında 5-ci yerdədir.

Həmin kateqoriyadan