Dəniz Yılmazsız “yaşıl timsahlar” yuvada “qara qartallar”a yenilib

Türkiyə superliqasında 31-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Beşikdaş”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu matçda yenilib (0:2). Azərbaycan millisinin hücumçusu əsas komandadan uzaqlaşdırıldığı üçün, iştirak ərizəsində yer almayıb.

“Yaşıl timsahlar” hazırda 35 xalla 18 klub arasında 15-ci pilləyə enib. “Qara qartallar” isə bu qələbə sayəsində xallarının sayını 68-ə çatdıraraq, yenidən zirvəni ələ keçirib.

Həmin kateqoriyadan