“Dənizçilər”lə 100-ə çatıb

Premyer liqasının 9-cu turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.

2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “dənizçilər”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.

Həmin kateqoriyadan