Yeniyetmə bahadırlarımız Dağıstandan 1 gümüş və 1 bürünc medalla qayıdıb

Dağıstanın Kaspiysk şəhərində Quraməhəmməd Quraməhəmmədovun mükafatı uğrunda yeniyetmə sərbəst güləşçilər arasında 5-ci beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən  milli komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanmışdı. Onlardan ikisi fəxri kürsüdə yer alıb. 85 kq çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. 76 kq çəkidə yığmamızı təmsil edən Əhliman Quliyev isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib.

Həmin kateqoriyadan