Daha 6 klubun skautları paytaxta gələcək

5-21- mayda keçiriləcək U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin qitənin tanınmış klublarının maraq dairəsində olduğunu xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarından savayı, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.

“Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarının skautları da U-17 Avropa çempionatı Azərbaycan-2016-nın oyunlarını izləyəcək.

Həmin kateqoriyadan