Dan Kolovla Nikola Petrovun xatirə yarışına 4 tutullu güləşçimiz yollanır

22-25 martda Bolqarıstan paytaxtı Sofiyada 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda 2 komandamız iştirak edəcək.

Yunan-Roma güləşində məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) mqbarizə aparacaqlar.

Qadınların rəqabətində Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Əbdül Nuriyev təmsil edəcək.

Həmin kateqoriyadan