“Dandalk” və “Qarabağ” oyunu polşalı hakimlərə tapşırılıb

Çempionlar liqasının 2-ci ələməsində “Dandalk” və “Qarabağ” arasında ilk oyuna təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü Polşadan olan briqada idarə edəcək. 

Matçın baş hakimi Bartos Frankovski olacaq. Ona Marçin Boniek və Yakub Vinkler kömək edəcəklər. 4-cü referi funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

Oyun iyulun 24-də İrlandiyada saat 22:45-də başlayacaq. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.

Həmin kateqoriyadan