Daniel Lomotey “Sabah”la yayda müqavilə bağlayacaq

“Sabah”ın düşərgəsində baxışda olan qanalı futbolçu Daniel Lomoteylə bağlı qərar verilib. Allsport.az saytı xəbər verir ki, 19 yaşlı futbolçu dünən ölkəsinə qayıdıb. 

Baş məşqçisi Elşad Əhmədov gənc oyunçunun hazırlıq durumundan razı qalıb. Onun yay transfer dönəmində komandaya qoşulması müzakirə olunacaq. 

Daniel “West African Football Academy”in (Qərbi Afrika Futbol Akademiyası) yetirməsidir.

Həmin kateqoriyadan