Daniel Rikkardo: Bakı trası çox həyəcanvericidir

“Bakıda yarış yüksək səviyyədə təşkil olunmuşdu. Doğrusu, asan qələbə qazandım deyə bilmərəm. Əzimkarlıq nümayiş etdirərək buna nail oldum”. Allsport.az saytı xəbər verir ki, bu sözü iyunun 25-də formula-1 Azərbaycan qran-prisinin qalibi Daniel Rikkardo deyib.

Bakıda f1 üçün hər cür şəraitin olduğunu diqqətə çatdıran “Red Bull Racinq”in sürücüsü bunu əlavə edib: “Tras çox həyəcanvericidir. Kəskin döngələrdən keçərək, böyük sürət xəttinə malik düz trasa çıxırsan. Ümumiyyətlə, Bakı trasını çox bəyənirəm”.

Keçən il olduğu kimi, bu ildə yarış maraqlı keçdi. Bu il yarışda təhlükəli məqamlar yaşandı. Bunların nəticəsində yarış qəzalarsız ötüşmədi. Dünən mən də qəza etmişdim. Ancaq məyus olmadım. Çox sevinirəm ki, cari mövsümdə ilk qələbəmi qazandım”.

Həmin kateqoriyadan