“Danışılmış oyunlara qarşı” forum

Bu gündən Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının etika və fair play komitəsinin təşkilatçılığı ilə “Danışılmış oyunlara qarşı” mövzusunda forum keçirilir. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək tədbirin məqsədi qonşu ölkələrin nümayəndələri ilə “ədalətli oyun” məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdır.

FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. 

Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.

Həmin kateqoriyadan