Danışılmış oyunlarla bağlı hakim-inspektorlara seminar

AFFA-nın futbol akademiyasında premyer liqa və 1-ci diviziona təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.

O, sonra İdman yarışlarının manipulyasiyası haqqında konvensiya, cinayət məcəlləsinə və bədən tərbiyəsi və idman haqqında Azərbaycan respublikasının qanununa bir sıra əlavə və dəyişikliklər, intizam komitəsinin intizam məcəlləsi haqqında məlumat verib.

Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən mütəxəssis tədbir iştirakçılarının suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-nın saytına yerləşdirilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərmək olar.

Həmin kateqoriyadan