Dario Federiko “Apollon”un hədəfində

Dario Federiko qış fasiləsində “Neftçi”ni tərk edə bilər. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu “Apollon”un maraq dairəsindədir. Kipr təmsilçisinin yarımmüdafiəçisi üçün “ağ-qaralar”a elçi düşəcəyi və uyğun təklif müqabilində razılaşa biləcəyi yazılır.

2015-2017-ci illərdə “Kəpəz”in şərəfini qoruyan Dario, 2018-ci ildə yenidən Gəncə təmsilçisinə qayıtmışdı. Burda 13 matçdan sonra, “Neftçi”yə keçən futbolçu, son mövsümün ikinci yarısını Çinin “Daequ” klubunda keçirib. Federiko bu ilin iyulundan yenidən “Neftçi”yə dönüb.

Həmin kateqoriyadan