Dario Frederiko: Artıq öz oyunumuzu tapmağa başlamışıq

“Neftçi”nin yeni legionçusu Dario Frederiko Türkiyədə təlim-məşq toplanışında Rumıniyanın “Dunarea Kalarası” klubu üzərində qələbəyə şərh verib. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu 2:0 bitən matçla bağlı bunu deyib:

“Təlim-məşq toplanışımızın 2-ci matçı idi. Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı. Əsas odu ki, komandamız oyundan oyuna daha da yaxşı çıxış edir.

Bu oyun tərzimizi davam etdirib, daha da yaxşılaşdırmağa çalışmalıyıq. Artıq öz oyunumuzu tapmağa başlamışıq. Növbəti qarşılaşmalarda bundan da yaxşı oyun nümayiş etdirəcəyik”.

Həmin kateqoriyadan