Dario Frederiko Koreyanın “Daequ” klubuna keçib

“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, Dario Frederiko komandanın Antalya toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib. 

Tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. Flaqman tələb etdiyi kompensasiya Koreyanın “Daequ” klubu tərəfindən ödənildikdən sonra, braziliyalı futbolçunun keçidinə icazə verilib. 

Qeyd edək ki, Dario Frederiko bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qol vurub.

Həmin kateqoriyadan