Daşkənd qran-prisində Azərbaycan gecəsi – liderlərdən 3 qızıl medal və hərəyə 700 reytinq xalı

Daşkənddə cüdoçuların qran-prisi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın son, 3-cü günü bizimkilər möhtəşəm çıxış ediblər.

Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıblar. Tural Səfquliyevlə (90 kq) Şahin Qəhrəmanov (+100 kq) ilk görüşdə yeniliblər.

Xatırladaq ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazıblar.

Həmin kateqoriyadan