“Dauqava” azərbaycanlı futbolçuları yenə üzdü

Latviya çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun oynadıqları “Dauqava” doğma meydanda “Liepaya” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:3. Bu oyunda Mirabdulla start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Orxan isə matçın 56-cı dəqiqəsində meydana buraxılıb.

Geridə qalan turlarda cəmi 3 xal toplayan “Dauqava” 8 klub arasında sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan