David Hili: “Qarabağ”ın APOEL-ə qarşı 2-ci oyununun nəticəsinə təəccübləndim

Sabah “Qarabağ” qitə liqasının pley-off mərhələsində Belfastda “Linfild”in qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Şimali İrlandiya klubunun baş məşqçisi David Hili mətbuat konfransında görüşlə bağlı bunu deyib:

“Bizi çətin oyun gözləyir. “Qarabağ”ın avrokubok təcrübəsi var. Onlar daim qrup mərhələsində çıxış edirlər. Rəqibin APOEL Kiprinə qarşı oyununa baxdım. Düzü, 2-ci matçın nəticəsi məni təəccübləndirdi. Müsbət nəticə qazanmaq üçün, bütün səylərimizi birləşdirəcəyik”. 

Xatırladaq ki, görüş saat 22:45-də başlayacaq. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına respublika stadionunda olacaq. 

Həmin kateqoriyadan