David Luiz: Bakı olimpiya stadionu bizim üçün uğurludur

“Avropa liqası mötəbər turnirdir. Hər bir komanda bu yarışın qalibi olmaq istəyir. Həm “Çelsi”, həm də “Arsenal” böyük klubdur. Ona görə, hesab edirəm ki, hər 2 komandanın üzərində böyük təzyiq olacaq. Məncə, çox unudulmaz bir final olacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu “Çelsi” klubunun müdafiəçisi David Luiz mətbuat konfransında deyib. Bakı olimpiya stadionunda öncə də oyun keçirdiklərini xatırladan braziliyalı müdafiəçi əlavə edib:

“Çempionlar liqasının qrup mərhələsində bu arenada “Qarabağ”la oynamış və həmin oyunda qalib gəlmişdik. Hesab edirəm ki, bu stadion bizim üçün çox uğurludur. Burada xoş xatirələrimiz var”.

Həmin kateqoriyadan