Davit Volkov: ““Dinamo” güclüdür və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”

“Qəbələ”nin Türkiyənin Bolu şəhərində hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamızın gürcüstanlı yarımmüdafiəçisi Davit Volkov təlim-məşq barədə fikrini açıqlayıb: 

“Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması sevindirici haldı. Yalnız mənim belə problemim var idi. Artıq bu çətinliyi arxada qoyaraq komanda ilə məşqlərə başlamışam. Yüksək səviyyədə keçdiyimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu baş tutub. Bu tip matçlar üçün hər şey normal olub. Hazırlığı bu tempdə davam etdirməliyik.

Böyük ehtimalla, “Dinamo” ilə qarşılaşacağıq. Bu komanda son oyunlarda ardıcıl uğurlu nəticələr qazanıb. Tbilisi təmsilçisi çox yaxşı oyun nümayiş etdirir, güc futbolu göstərir. Bu rəqiblə bərabər mübarizə aparacağıq. Şansları əllinin əlliyə qiymətləndirirəm. Matça kim daha yaxşı hazırlaşıb, qarşılaşmada üstün olsa, qalib gələcək. Komandamızda yaxşı əhval-ruhiyyə var. “Dinamo” güclüdür və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”.

Həmin kateqoriyadan