“Day of Children” beynəlxalq turnirində

21-25 noyabrda Arazın o tayında kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda yarışında sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz iştirak edəcəklər.

Məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi ilə “sərbəstlər”də Rəşad Ağayev (32 kq), Murad Məmmədzadə (35 kq), Heydər Nuriyev (38 kq), Fəqan Mirzəyev (42 kq), Ruslan Şıxıyev (47 kq), Məhəmmədəli Quliyev (53 kq), Sabir Cəfərov (59 kq), Varis Mehdizadə (66 kq), Valeh Həmidov (73 kq) və Cəfərsadiq Muradlı (85 kq) yer alıblar.

Noyabrın 24-25-də məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi ilə “klasssiklər” Rahim Həsənov (32 kq), Emil Əliyev (35 kq), Rəşad Həsənli (38 kq), Cavidan Məmmədli (42 kq), Qurban Qurbanov (47 kq), Elmir Əliyev (53 kq), Əli Əliyev (59 kq), Rauf Əliyev (66 kq), Eldar Məmmədov (73 kq) və Laçın Vəliyev (85 kq) mücadiləyə qoşulacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev təmsil edəcək.

Həmin kateqoriyadan