DÇ-2015: Bu gün Saman, Mariya, Anjela və Elis mübarizəyə qoşulacaq

ABŞ-in Las Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir. Allsport.az saytının məlumatına görə, ilk 2 yarış gününün yekunlarına əsasən, bizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olimpiya oyunlarına vəsiqə qazanıb.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulacaqlar. İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da, final görüşləri isə növbəti gün səhər saat 06:30-da başlayacaq.

85 kq 
1/16 final – Saman Təhmasibi – Brandao Sant (BRA)

48 kq 
1/16 final – J.Blazka (NED) – Mariya Stadnik

53 kq 
1/16 final – Anjela Doroqan – Hockova Mart (CZE)

69 kq
1/16 final – Elis Manolova – E.Sizdikova (KAZ)

Həmin kateqoriyadan