Dieqo Souza “Səbail”ə qarşı oynamayacaq

Premyer liqanın 18-ci turunda doğma meydanda “Səbail” klubunu qəbul edəcək “Kəpəz” hazırlığını tamamlayıb. Allsport.az saytı xəbər verir ki, komanda dünən son məşqinə Gəncə şəhər stadionunda çıxıb.

Çalışmalar saat 16:00-da başlayıb və 50 dəqiqə davam edib. Oyun öncəsi məşq yüngül xarakter daşıyıb.

“Sarı-göylər”in heyətində zədəli futbolçu var. Ötən tur “Qarabağ”a qarşı görüşdə zədələnən Dieqo Souza tam hazır olmadığından ev oyununu buraxmaq məcburiyyətində qalıb.

Həmin kateqoriyadan