DİN İC-in 2 üzvü qitə çempionu olub

Daxili işlər nazirliyinin idman cəmiyyətinin üzvləri Rumıniya paytaxtı Buxarestdə ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, Elşən İbişov (85 kq) və Emil Qurbanov (69 kq) qızıl medal qazanıblar.

Hər 2 qalibi yarışa ACCF-in prezidenti Mirəli Seyidov hazırlayıb. DİN İC-in sədri, olimpiya, dünya və Avropa çempionu Zemfira Meftəhəddinova bu uğur münasibəti ilə idmançıları təbrik edib.

Həmin kateqoriyadan