«Dinamo-Sinara» pley-offda qalib gəldi, həndbolçumuz 2 dəfə fərqləndi

Qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Rusiya Super Liqasının pley-off mərhələsində «Universitet» komandası ilə 2-ci matça çıxıb. Allsport.az saytı xəbər verir ki,

İlk oyunda səfərdə İjevsk təmsilçisinə 36:23 qalib gələn «ağ-göylər», evdə də rəqibini üstələyib – 33:21 (17:11). Bu görüşdə həndbolçumuz meydanda olub, komandasına 2 top qazandırıb.

5-ci yer uğrunda matçda Volqaqrad klubu «Kuban»la (Krasnodar) qarşılaşacaq.

Həmin kateqoriyadan