Dino Ndlovu: Londonda ilk oyun “Qarabağ”ın gerçək gücünü əks etdirmir

Sabah “Qarabağ” çempionlar liqasının “D” qrupunun 5-ci turunda “Çelsi”ni qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, görüşdən qabaq hücumçumuz Dino Ndlovu matçın vacibliyinin fərqində olduqlarını deyib:

“Hər kəs bu matçın vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Londonda ilk qarşılaşma “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan