Dino Ndlovu: Son dövrdə yüksəlişdəyəm

“Qarabağ”ın hücumçusu Dino Ndlovu premyer liqada indiki durumla bağlı danışıb. Allsport.az saytı xəbər verir ki, afrikalı futbolçu mövsümdə koman ilə bütün hazırlıq prosesində bir olmadığından, çempionatın gedişində müəyyən çətinliklər yaşayıb:

“Mövsümə yaxşı başlamamaışdım. Bunun səbəbi “Qarabağ”la birlikdə ilk təlim-məşq toplanışında iştirak etməməyim idi. Düşünürəm ki, bu amil məni bir qədər ləngitdi.

Amma son oyunlarda qol vururam, buna görə çox şadam. Ümid edirəm ki, bu mövsüm də “Qarabağ “qızıl dubl” etməyi bacaracaq və mən də qollarımla komandama kömək edəcəyəm”.

Həmin kateqoriyadan