Dino Ndlovulu CAR millisi lider Burkina-Fasosu üstələyib

DÇ-2018-in seçmə ələməsinin Afrika zonasında Qarabağ”ın hücumçusu Dino Ndlovunun yer aldığı CAR millisi “D” qrupunda Burkina-Fasonu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Uzun müddətdən sonra yığmaya dəvət alan Dino matçın 86-cı dəqiqəsində meydana daxil olub.

4 oyundan sonra hesabında 4 xal olan “aslanlar” qrupda sonuncu pillədədir. Bir oyun az keçirmiş cənubi afrikalılar lider Burkina-Fasodan cəmi 2 xal geri qalır.

Həmin kateqoriyadan