Divizion klubları da cərimə olundu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şəmkir” – “Şərurspor” matçında “Şərurspor”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şəmkir”in futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Mil-Muğan” – “Göyəzən” matçında “Göyəzən”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Göyəzən”in futbolçusu Fazil Vəliyev azarkeşləri təhqir etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zaqatala” – “Qaradağ Lökbatan” matçının 56-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan