Dmitri Nəzərov “bənövşəyilər”ə kömək edə bilməyib

Almaniya 2-ci Bundesliqasında 3-cü turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Qroyter”lə qarşılaşıb.

Oyun “bənövşəyilər”in məğlubiyyəti ilə başa çatıb – 2:3. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz, görüşün 59-cu dəqiqəsində əvəzlənib.

“Ersgebirge” 3 turdan sonra 3 xalla 18 klub arasında 10-cu pilləddir.

Həmin kateqoriyadan