Dmitri Nəzərov bundesliqada yenə qol vurub

Almaniya 2-ci bundesliqasının 2-ci turunda “Ersgebirge” doğma meydanda “Vehen”i 3:2 udub. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

O bu matçda fərqlənib: 35-ci dəqiqədə uzaqdan dəqiq zərbə ilə komandasının 2-ci qolunu vurub. Aue təmsilçisi maksimum nəticəyə ilə zirvəyə şərikdir.

Həmin kateqoriyadan