Dmitri Nəzərov oynadı, komandası yenə uduzdu

Almaniya 2-ci Bundesliqasında ilk turdan təxirə salınan bir oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Haydenhaym”la qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda uduzub (1:2). Millimizin yarımmüdafiəçisi sonadək oynayıb. Xatırladaq ki, adı çəkilən görüş  güclü yağış səbəbindən 11-ci dəqiqədə dayanmışdı.

Aue təmsilçisi hazırda 18 klub arasında sonuncudur.

Həmin kateqoriyadan