Dmitri Nəzərovlu “Ersgebirge” evdə “Kayzerslautern” klubunu üstələyib

Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu görüşdə qalib gəlib (1:0). Həmvətənimiz sonadək oynayıb. “Ağ-bənövşəyilər” 39 xalla 18 klub arasında 13-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan